Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:32

Düşənbədə MDB-nin sammiti başlanıb


Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin 20-ci sammiti başlanıb.

Azərbaycan, Özbəkistan və Belarus prezidentləri sammitdə iştirak etmirlər.

Azərbaycanı bu görüşdə baş nazir Artur Rasizadə təmsil edir.

Sammitdə əsasən birliyin daha da inkişafı və beynəlxalq problemlər müzakirə olunur.

Sammitin sonunda əməkdaşlıq barədə bir sıra sənədlər və birliyin 20 illiyiylə əlaqədar birgə bəyanat qəbul ediləcəyi gözlənilir.

Bu ilin dekabrında Müstəqil Dövlətlər Birliyinin 20 illik yubleyi qeyd ediləcək.
XS
SM
MD
LG