Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:06

Suriyada daha 28 nümayişçi öldürülüb


Son gün ərzində Suriyada azı 23 nümayişçi öldürülüb.

Bu barədə DPA agentliyi yerli müxalifət fəallarına istinadla xəbər verir.

Avropa Birliyi ötən gecə Suriyaya qarşı sanksiyaları kəskinləşdirib, daha 4 Suriya şirkəti və 4 iş adamına qarşı yeni sanksiyalar tətbiq edilib.

Bundan başqa Avropa Birliyi Suriyadan neft alınmasına embarqo qoyub.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi aksiyalar keçirilir.

BMT bu müddət ərzində 2 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG