Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:22

Liviyadakı müvəqqəti milli şura Tripoliyə köçür


Liviya üsyançılarının yaratdığı ötəri milli şura gələn həftə Benqazidən paytaxt Tripoliyə köçürüləcək.

Bunu şuranın sədri Mustafa Abdel Jalil deyib.

Ötəri rəhbərlik 20 ay ərzində ölkədə demokratik seçkilər və yeni konstitusiya ilə bağlı referendum keçiriləcəyini vəd edib.

Dünya liderləri dünən Paris konfransında Liviyanın dondurulmuş hesablarından ötəri hakimiyyətə 15 milyard dollar vəsait ayrımaq razılığına gəliblər.

Bu vəsait ölkənin inkişafına sərf olunacaq.
XS
SM
MD
LG