Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:09

BMT Türkiyə ilə İsraili münasibətləri düzəltməyə çağırıb


BMT-nin baş katibi Ban Ki Moon Türkiyə ilə İsraili münasibətləri yoluna qoymağa çağırıb.

O Avstraliyaya səfəri zamanı bildirib ki, bu iki ölkə arasındakı münasibətlər Yaxın Şərq sülh prosesinin həllində mühümm rol oynayır.

Türkiyə cümə günü İsrailin Ankaradakı səfirini ölkədən çıxarıb və İsraillə hərbi əməkdaşlığı dayandırıb.

Buna səbəb İsrailin ötən il Qəzzə sahilində 9 fələstinpərəst türkün ölümünə görə üzr istəməməsidir.

Türkiyəli fəallar ötən ilin mayında Qəzəyə hümanitar yük aparan gəmi saxlanarkən öldürülüb.

İsrail insidentdən təəssüflənsə də rəsmi şəkildə Türkiyədən üzr istəməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG