Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:49

İslam Partiyası üzvlərinin məhkəməsi təxirə salınır


Sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində İslam Partiyası üzvlərinin cinayət işi üzrə proses başlayan kimi də yekunlaşıb.

Partiyadan Natiq Kərimov AzadlıqRadiosuna bildirib ki, dövlət təqsirləndirilən şəxslərə yeni vəkillər təyin edib. Onlar isə deyiblər ki, məhkəməni ədalətsiz və qərəzli saydıqları üçün hakimi və dövlətin verdiyi vəkilləri qəbul etmirlər.

Hakim Eldar İsmayılov prosesin sentyabrın 12-dək təxirə salınması barədə qərar qəbul edib.

Natiq Kərimov: «Əslində təqsirləndirilənlər ötən prosesdə təkcə vəkillərdən yox, həm də hakimdən imtina ediblər. Əsasları da o olub ki, hakim vəkillərin qaldırdıqları bütün vəsatətləri birmənalı olaraq təmin etmirsə, onda müdafiəçi nəyə lazımdır. Görünür, hakim həmin vəsatətlərin vəkillərə aid olanını təmin edib, özünə aid olanını isə yox. Cavan uşaqları dövlət tərəfindən ayrılan vəkil adı ilə məhkəmədə oturdublar. Onların isə işin mahiyyətindən xəbərləri yoxdur. O qalınlıqda materialları bu müddət ərzində oxumaq iqtidarında deyillər».

İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın Astara rayon şöbəsinin sədri Rufulla Axundov, partiya sədrinin müavini Vaqif Abdullayev və daha 4 sıravi partiya üzvü hakimiyyəti zorla ələ keçirməkdə və terrorçuluq cəhdində ittiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG