Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:29

Orxan Pamukdan yeni kitab gəldi


Yaxın günlərdə Türkiyədə Nobel mükafatlı yazıçı Orxan Pamukun daha bir kitabı çap olunacaq.

“Saf ve Düşünceli Romancı” adlanan və Pamukun ABŞ-ın Harvard Universitetində oxuduğu Norton mühazirələrindən ibarət olan kitabı “İletişim Yayınları” çap edir.

Yazıçı 2009-cu ildə Harvarddakı Sanders Teatrında dediyi dərslərdə roman sənəti ilə bağlı fikirlərini bölüşüb.

Pamukun böyük maraq doğurmuş həmin mühazirələri oxucunun romanı necə anlaması, onun öz düşüncəsində roman surətləri ilə qurduğu əlaqə, roman sənətinin rəssamlıqla əlaqəsi və s. mövzuları əhatə edir.

Norton Dərslərinin tarixçəsi 1925-ci ildən başlanır.

Harvard Universiteti sözgüdən layihəni özünün ən mötəbər alimlərindən olmuş incəsənət professoru Charles Eliot Norton-un xatirəsinə həsr edib.

İki ildən bir incəsənətin ən müxtəlif sahələrini (musiqi, memarlıq, rəssamlıq, ədəbiyyat) təmsil edən yaradıcı insanlar universitetə mühazirələr oxumağa dəvət edilir.

Onlar tələbələrlə həm öz yaradcılıq sirlərini, əsərləri haqda düşüncələrini, həm də ümumiyyətlə sənət barədə fikirlərini bölüşürlər.

Bundan əvvəl Norton Dərslərini demiş yazıçılar arasında Jorge Luis Borges, Umberto Eco, Italo Calvino, Octavio Paz da olub.

Orxan Pamuk Norton Dərslərinə dəvət almış son yazardır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG