Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:55

ABŞ və NATO Türkiyə ərazisində radar yerləşdirir


Moskva yeni müdafiə sistemini özü üçün təhlükə sayır

Moskva yeni müdafiə sistemini özü üçün təhlükə sayır

ABŞ və NATO-nun qurmaqda olduğu raket hücumundan müdafiə sistemi çərçivəsində Türkiyə ərazisində erkən xəbərdarlıq radarı yerləşdiriləcək.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Selçuk Ünal bəyan edib.

O xatırladıb ki, radarın yerləşdirilməsi barədə qərar ötən il NATO-nun Lissabon sammitində qəbul edilib. Türkiyə əvvəldən bu təşəbbüsün reallaşmasına dəstək verib.

Radarın Türkiyənin cənub-şərqində yerləşdiriləcəyi bildirilir.

Corc Buş (George Bush) administrasiyası dövründə ABŞ Polşada tutucu raket, Çexiyada isə radar sistemi yerləşdirməyi düşünürdü. Moskva bunu öz strateji nüvə potensialı üçün birbaşa təhlükə sayırdı. Prezident Barak Obama (Barack Obama) bu planları təxirə salsa da, onlardan tam imtina etməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG