Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:41

Avropa Birliyi yenə Belarusu müzakirə edəcək


Bu gün Polşada Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin görüşündə Belorus ilə bağlı da müzakirə aparılacağı gözlənir.

Belarus prezidenti Aleksandr Lukashenka daha 4 müxalifət fəalını əfv edib.

Onlar dekabrın 19-u prezident seçkisindən dərhal sonra müxalifətin keçirdiyi etiraz aksiyasında iştiraka görə müxtəlif müddətlərlə həbs cəzasına məhkum edilmişdilər.

Bundan əvvəl Avropa Birliyinin üzvü olan Bolqarıstan bildirmişdi ki, Lukashenka bu qurumla münasibətlərini yaxşılaşdırmaq üçün oktyabrın birinci yarısına kimi siyasi məhbusları azad etməyi öz öhdəsinə götürüb. Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov Lukashenka ilə ötən həftə Minskdə görüşüb.

700 etirazçının həbsindən sonra Avropa Birliyi və ABŞ Lukashenka rejiminə qarşı sanksiyalar tətbiq edib.

Aralarında üç keçmiş prezidentliyə namizədin də olduğu 50 nəfərin hələ də həbsxanada olduğu güman edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG