Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:39

Liviyanın dondurulmuş hesabları açılır


Dünya liderləri qərara alıblar ki, Liviya müxalifətinə kömək üçün ölkənin milyardlarla dollarlıq dondurulmuş hesabları açılsın.

Bu günlərdə Liviya rəhbəri Muammar Qaddafinin 42 illik hakimiyyətinə son qoyulub. O, hələ də gizlənir və yeni yayılan audio mesajında NATO qüvvələrinin dəstəklədiyi müxalifətə qarşı partizan müharibəsinə çağırır.

Sentyabrın 1-də Suriyada yerləşən ərəb televiziyasında Qaddafinin iki audio mesaji yayımlanıb.

Parisdə 60 ölkənin liderləri və səfirlərinin toplaşdlğı konfransda Liviyanın gələcəyi müzakirə edilir. Müzakirələrdə Liviyanın Milli Keçid Şurası da iştirak edir.

Fransa prezidenti Nicolas Sarkozy deyib ki, Libiyanın 15 milyard dollarlıq hesablarının bağlanması Qaddafi rejiminə qarşı tətbiq edilən sanksiyalardan idi.

ABŞ-ın dövlət katibi Hillary Clinton isə bildirib ki, beynəlxaql dünya Liviyada demokratiya qurulmasına kömək etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG