Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:46

Hillary Klinton Suriyanın enerji sektoruna sanksiya qoymağa çağırır


ABŞ dövlət katibi Hillary Clinton Avropa ölkələrini və digər dövlətləri prezident Bashar al-Assadı hakimiyyətdən getməyə məcbur etmək üçün Suriyaya daha çox sanksiya artırmağa çağırıb.

Liviyanın gələcəyi ilə bağlı Parisdə keçirilən beynəlxalq konfransda Hillary Clinton Suriyanın qaz və neft ixracını hədəfə alan sanksiyalardan danışıb və bildirib ki, neft gəlirləri Suriya hakimiyyətinin rejim əleyhinə olan etirazçılara qarşı zorakılığı maliyyələşdirir.

- Zorakılıq dayandırılmalıdır və o, istefa verməlidir. Bizim bu çağırışımıza qoşulanlar bizim ritorikamızı Bashar al-Assad rejiminə qarşı konkret hərəkətlər atılması kimi dəyərləndirməlidirlər. Bu addımlar arasında etirazçılara qarşı zorakılığın maliyyələşməsində rolu olan Suriyanın enerji sektorundan imtinanı əhatə edən sanksiyalar olmalıdır.

Məlumatlara görə, Avropa Birliyinin xarici işlər nazirlərinin Suriyaya qarşı yeni iqtisadi sanksiyaları müzakirə etməsi üçün bu gün Polşada görüşmələri gözlənir. Bu sanksiyalar arasında Suriya neftinin idxalına embarqo da ola bilər.

BMT-nin qiymətləndirməsinə görə, Suriyada bu ilin mart ayıdan başlayan kütləvi etirazlarda 2 mindən çox adam ölüb.
XS
SM
MD
LG