Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:11

Qazaxıstan dini təşkilatlar üzərində nəzarəti kəskinləşdirir


Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə parlamentində dini qruplar üzərində nəzarəti kəskinləşdirməyə çağırıb.

Nazarbayev deyib ki, yeni qanun insanların dini etiqad azadlığına zidd olmayacaq və söhbət dövləti dini ekstremizmdən qorumaqdan gedir.

Qazaxıstan təhlükəsizlik qüvvələrinin bu həftə ölkənin qərbində keçirdiyi əməıliyyat zamanı ifratçılıqda şübhəli bilinən 1 nəfər öldürülüb, 18 nəfərsə ələ keçirilib.

Hakim dairələrin məlumatına görə, onlar terrora hazırlaşırmışlar.

Qazaxıstanın baş dini xadimi Kairat Lama Sharif bu gün bildirib ki, ölkədəki bütün dini təşkilatlar qeytiyyatdan keçməlidir.

Qazaxıstanın təhlükəsizlik qüvvələri bu ilin mayında intiharçının özünü Aktobe şəhərindəki hökumət binasında partlatmasından sonra islamçı yaraqlıları təqib edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG