Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:17

Bəxtiyar Hacıyevin apelyasiya şikayəti təmin olunmayıb


Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin apelyasiya şikayəti təmin olunmayıb.

Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs olunarkən Gəncə şəhər polis idarəsi və saxlanma təcridxanasında zorakılığa məruz qalması ilə bağlı Baş Prokurorluğa müraciət etmişdi.

Prokurorluq nümayəndələri Bəxtiyar Hacıyevin döyülməsini, təhqir olunmasını təsdiqləməmişdilər.

Bundan sonra onun Baş Prokurorluğla bağlı Səbael rayon məhkəməsinə etdiyi müraciəti təmin olunmamışdı. Bu səbəbdən də o apelyassiya məhkəməsinə müraciət etmişdi.
XS
SM
MD
LG