Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:10
Suriyanın Hama şəhərinin prokuroru Adnan Mohammad al-Bakkour öz vəzifəsindən imtina edib və müxalifət tərəfə keçib. Bu barədə keçmiş məmur özü məlumat verib, bu barədə avqustun 31-də Youtube portalında videorolik yerləşdirib.

Bundan əvvəl Suriyanın rəsmi mətbuat orqanı məlumat yayıb ki, Hamanın prokuroru oğurlanıb. Amma al-Bakkour bu məlumatı inkar edib.

Özünün dediyinə görə, keçmiş məmur ölkədə müxalifətə qarşı qan tökülməsinə etiraz olaraq istefa verib. O, təhlükəsizlik qüvvələrinin iyulun 1-dən bu yana Hama şəhərində 72 aksiya iştirakçısını güllələməsi xəbərini eşidəndən sonra bu qərarı verib.
XS
SM
MD
LG