Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:09

Bal yarmarkası olacaq


Sentyabrın 20-dən oktyabrın 5-dək metronun «Əhmədli» stansiyası yaxınlığındakı «Bakı» kinoteatrının qarşısında arıçılıq məhsullarının növbəti respublika satış yarmarkası keçiriləcəkdir.

İştirakçıların qeydiyyatı sentyabrın 20-də səhər saat 9-dan 20-dək, sentyabrın 21-də isə saat 8-dən 11-dək yarmarka keçirilən yerdə aparılacaq.

Tədbirlə əlaqədar məlumatları Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbəsindən (tel: 498-94-47; 498-64-91) almaq olar. /AzərTAc/
XS
SM
MD
LG