Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:55

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılmır


Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ nizamlanmasına dair danışıqları nəzərdə tutulmur.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov serbiyalı həmkarı Vuk Yeremiç (Vuk Jeremic) ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

«Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ilə bağlı hər hansı təşəbbüs barədə məlumatımız yoxdur», - E.Məmmədyarov deyib.

Nazir deyib ki, Azərbaycanın rəsmi mövqeyi danışıqların davam etdirilməsindən ibarətdir:

«2007-ci ildən danışıqlarda nizamlanmanın «Madrid prinsipləri» müzakirə olunur. «Madrid prinsipləri»nə uyğun olaraq biz erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını istəyirik. Tez və ya gec Azərbaycan əraziləri azad olunacaq. Bu, nə qədər tez baş verərsə, bir o qədər yaxşıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG