Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:38

Hicabla bağlı 130 mindən çox imza toplanıb


Kampaniya zamanı toplanmış imza vərəqələri
Kampaniya zamanı toplanmış imza vərəqələri

“Prezidentə 100 minlik müraciət” kampaniyası başa çatdı


Orta məktəblərdə hicab qadağasının aradan qaldırılması ilə bağlı "Prezidentə Yüzminlik müraciət" kampaniyası yekunlaşıb. Kampaniya zamanı toplanan imzaların sayı 130 mini keçib.

Deyerler.org saytının məlumatına görə, kampaniyanın son mərhələsinin yekunlaşması ilə əlaqədar Azərbaycan Media Mərkəzində İmzatoplama Komissiyasının yekun iclası keçirilib.

Qapalı iclasda qeyd olunub ki, toplanmış imzalar tezliklə Prezident Administrasiyasına təqdim ediləcək. İclas iştirakçıları kampaniyanın dövlət başçısı tərəfindən müsbət qarşılanacağına, məsələnin həlli istiqamətində konkret addım atılacağına ümid etdiklərini bildiriblər.

Xatırladaq ki, "Prezidentə Yüzminlik müraciət" kampaniyasına təxminən 2 ay əvvəl start verilib. Kampaniya iştirakçıları orta məktəblərdə qızların dərsə hicabla getməsinə icazə verilməsini istəyirlər.
XS
SM
MD
LG