Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:41

Rusiya Liviya üsyançılarının legitimliyini tanıdı


Rusiya üsyançıların yaratdığı Milli Keçid Şurasını Liviya hökumətinin legitim orqanı kimi tanıyıb. Bununla bağlı bu gün Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.

Məlumatda deyilir ki, Rusiya ilə Liviya arasında 1955-ci ildə əsası qoyulan diplomatik əlaqələr Tripolidə kimin hakimiyyətdə olmasından asılı olmayaraq heç vaxt kəsilməyib.

O da qeyd olunur ki, iki ölkə arasında bundan öncə aparılan danışıqlar və digər qarşılıqlı öhdəliklər öz qüvvəsini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG