Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:02

Venesiya Komissiyası Azərbaycanda QHT-lər haqqında qanun layihəsini müzakirə edəcək


Avropa Şurası

Avropa Şurası

Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanun layihəsi Venesiya Komissiyasının oktyabrda keçiriləcək payız sessiyasında müzakirə olunacaq.

Bu barədə «APA»ya Avropa Şurası Venesiya Komissiyasından məlumat verilib.

İyunun sonunda AŞPA-nın hüquqi məsələlər və insan haqları komissiyasının sədri Venesiya Komissiyasına müraciət edərək adıçəkilən qanun layihəsinin insan haqları standartlarına cavab verib-verməməsinə dair sorğu göndərib.

Oktyabrda Venesiya Komissiyası Azərbaycanın «Siyasi partiyalar haqqında» qanun layihəsini də müzakirə edəcək. Bununla bağlı Azərbaycan hökuməti Venesiya Komissiyasına müraciət edib.

Bu qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG