Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:38

Muammar Qaddafinin oğlu təslim olur


Tripolidən olan Liviya üsyançıları iddia edirlər ki, Muammar Qaddafinin oğullarından biri təslim olmaqla bağlı onlarla telefon danışığı aparır.

Milli Keçid Şurasının hərbi komandiri Abdel Hakim Belhaj vəd verib ki, təslim olacağı halda
Saadi əl-Qaddafinin təhlükəsizliyi təmin olunacaq.

Saadi əl-Qaddafi Al-Arabiya televiziyasının efirində deyib ki, atasının tapşırığı ilə üsyançılarla barışıqla bağlı danışıqlar aparır, məqsədləri bundan sonra qan axıdılmasının qarşısını almaqdır.

Bu arada, Qaddafinin digər oğlu - Saif al-Islam başqa bir telekanalda elan edib ki, Sirt şəhərindən və bütün Liviyadan olan Qaddafi tərəfdarları üsyançılarla silahlı mübarizə aparmağa hazırdılar.

Muammar Qaddafinin özünün harada olduğu isə hələ də məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG