Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:00

Beynəlxalq aləm Liviyanı müzakirə edəcək


Bu gün Parisdə Liviyanın gələcəyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək.

Gözlənilir ki, BMT-nin baş katibi Ban Ki Moon, beynəlxalq təşkilatların nümayəndələri, Fransa və Böyük Britaniya rəhbərləri, ABŞ-ın baş katibi Hillari Klinton, ərəb ölkələrini təmsil edənlər də daxil olmaqla 60-ya yaxın dövlətin nümayəndələri konfransda iştirak edəcəklər. Tədbirdə Liviya üsyançılarının yaratdığı Milli Keçid Şurasının təmsilçiləri də olacaq.

Görüşdə əsasən Muammar Qaddafi rejiminin süqutundan sonra Liviyaya beynəlxalq yardım məsələsi müzakirə olunacaq. Söhbət həm də qərb banklarında dondurulmuş Liviya mülklərindən də gedəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG