Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:42

Üsyançıların komandiri: Qəddafinin oğlu təslim olmaq istəyir


Liviya diktatoru Qəddafinin oğlu əl-Saadi üsyançılara müraciət edərək təslim olmaq istədiyini bildirib.

Bu barədə üsyançıların komandirlərindən olan Abdel Hakim Belhaj bildirib:

“O mənə zəng etdi və təhlükəsizliyinə təminat verilib-verilməyəcəyini soruşdu. Mən də dedim ki, bir insan kimi onun təhlükəsizliyinə təminat veririk və onunla humanistcəsinə davranacağıq”

Komandir bildirib ki, əl-Saadi təslim olandan sonra Liviyanın hüquq-mühafizə orqanlarına təhvil veriləcək.
XS
SM
MD
LG