Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:14

Daxili işlər naziri terror aktlarını törədənləri pisləyib


Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev Çeçenistanın paytaxtı Qroznıda intiharçıların törətdiyi terror aktlarını pisləyib.

Nurqaliyev deyib ki, insanları mənəvi kamilliyə səsləyən Ramazan kimi müqəddəs bayramda terrorçuların vəhşicəsinə terror aktı törətməsi onların nə dərəcədə insanlıqdan kənar oldqularını göstərir. Çünki onlar Ramazan kimi müqəddəs bayramı da belə hərəkətlərlə təhqir etməkdən çəkinmirlər.

Avqustun 31-də Çeçenistanın paytaxtı Qroznıda intiharçıların törətdiyi 3 partlayışda 9 nəfər həlak olub. Onların çoxu polislərdir.
XS
SM
MD
LG