Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:23

Bəhreyn sultanı üsyankar şairəni əfv etdi


Bəhreyn sultanı hakimiyyətə qarşı mitinqlərdə üsyankar çıxışlar etmiş, ölkə rəhbərlərini tənqid edən şeirlərini səsləndirmiş 20 yaşlı şairəni əfv edib.

Hamad bin Isa əl-Xəlifə Ramazan bayramı ilə bağlı əfv fərmanı verib. Şairənin də adı əfv edilən nümayişçilər siyahısındadır.

Ayət əl-Qurmozini bir il müddətinə azadlıqdan məhrum etmiş, amma beynəlxalq hüquq müdafiə təşkilatlarının etirazlarından sonra iyulda sərbəst buraxmışdılar.

Şairə haqda hökm dəyişdirilmədiyi üçün yaxınları onun yenidən həbs ediləcəyindən ehtiyat edirdilər.

Bundan başqa onun xaricə getməsi qadağan idi.

Sünni sultan qonşu Səudiyyə Ərəbistanının köməyi ilə şiə müxalifətinin mitinqlərini dağıdandan sonra yüzlərlə şəxs həbs edilmiş, 2 minə yaxın insan işdən çıxarılmışdı.

Sultan ötən bazar günü televiziya ilə etdiyi çıxışında işdən çıxarılanların da vəzifəsinə bərpa edilməsi istiqamətində tədbirləri sürətləndirməyə çağırıb. O deyib:

“Bizi və sultanlığın əhalisini təhqir edənləri bu gün bağışlayıram. Ümid edirəm ki, onlar bizi, yaxud başqalarını təhqir etməyin hamını təhqir etmək anlamına gəldiyini, bunun yolverilməzliyini anlayacaqlar”.

Sultan mitinqlərdə tutulan, amma əfv edilməyənlərin işlərinə hərbi yox, mülki məhkəmədə baxılması haqda göstəriş verdiyini də deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG