Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:27

Qəddafi tərəfdarlarının üsyançılara rədd cavabı


Üsyançılar Sirt şəhərinə doğru irəliləyirlər

Üsyançılar Sirt şəhərinə doğru irəliləyirlər

Müəmmər Qəddafiyə (Muammar Gaddafi) sadiq qüvvələr Liviya üsyançılarının ultimatumunu rədd ediblər. Üsyançılar Qəddafi tərəfdarlarına xəbərdarlıq etmişdilər ki, sentyabrın 3-dək silahı yerə qoyub təslim olsunlar. Əks halda hücuma keçəcəklər.

Qəddafinin nümayəndəsi Musa İbrahim (Moussa Ibrahim) «Associated Press»ə deyib ki, «özünə hörmət edən heç bir xalq silahlı dəstənin ultimatumunu qəbul etməz».

«RAMAZANIN BİTMƏSİ İLƏ BU İMKAN PƏNCƏRƏSİ DƏ BAĞLANACAQ»

Liviyanın Milli Keçid Şurasının sədri Mustafa Abdel Cəlil (Mustafa Abdel Jalil) Qəddafi tərəfdarlarına ünvanlanmış ultimatumla avqustun 30-da çıxış edib. Bu arada paytaxt Tripolidə üsyançılara inam da artmaqdadır.

Mustafa Abdel Cəlil: «Ramazan bayramının bitməsi ilə bu imkan pəncərəsi də qapanacaq. Ortalıqda sülhlə bağlı hər hansı işartı olmazsa, biz bu məsələni hərbi yolla həll etmək istiqamətində həlledici addımlar atacağıq. Biz bunu etmək istəmirik, amma artıq gözləyə
Aişə Qəddafi
bilmərik».

Qəddafi tərəfdarları əsasən onun doğma şəhəri olan Sirtdə toplaşıblar. Bu şəhər Tripolidən 360 kilometr şərqdədir. Amma ölkənin mərkəzində və cənubunda da Qəddafi tərəfdarları qalmaqdadır.

QƏDDAFİ BABA OLUB

Bu arada Liviya üsyançıları qonşu Əlcəzairi ölkənin daxili işlərinə müdaxilədə ittiham ediblər. Müəmmər Qəddafinin həyat yoldaşı və böyük oğlu Məhəmməd Qəddafi (Muhammad al-Gaddafi) də daxil olmaqla 3 uşağı hazırda Əlcəzairdədir.

Əlcəzairin Səhiyyə Nazirliyinin məlumatına əsasən, Qəddafinin hazırda bu ölkədə olan qızı Aişə Qəddafinin (Ayesha Gaddafi) avqustun 30-da körpəsi dünyaya gəlib.

Əlcəzair Milli Keçid Şurasını Liviyanın legitim hökuməti kimi tanımır.

BMT-nin Təhlükəsizlik Şurası
Üsyançıların sözçüsü Mahmud Şammam (Mahmud Shammam) isə deyir ki, Tripolidəki yeni hökumət Qəddafi ailəsinin geri verilməsi yollarını axtarır.

Qəddafinin özünün harada olduğu isə hələ də məlum deyil.

SENTYABRIN 1-İ BEYNƏLXALQ SAMMİTDİR

BMT-nin Təhlükəsizlik Şurası avqustun 30-da ölkəyə münaqişədən sonra sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edib.

Plan layihəsinə əsasən, ilkin mərhələdə qurum 50 silahsız müşahidəçi göndərə və tədricən onların sayını 200-ə çatdıra bilər.

Sülhməramlıların prioritetlərindən biri də üsyançı qüvvələrin Qəddafi tərəfdarlarından qisas almalarına mane olmaqdır.

Sentyabrın 1-i Parisdə Liviya ilə bağlı beynəlxalq sammit keçiriləcək.
XS
SM
MD
LG