Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:09

Əhəd Məmmədliyə virtual dəstək aksiyası keçiriləcək


Gənc Məhbusların Hüquqlarını Müdafiə Komitəsi həbsdə olan Əhəd Məmmədliyə virtual dəstək aksiyası keçirəcək.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı məlumat verib.

Müdafiə Komitəsi hər həftənin 4-cü günü siyasi əqidəsinə görə həbs olunmuş məhbuslardan biri üçün «Facebook» və «Twitter» sosial şəbəkələrində virtual dəstək aksiyası təşkil edir:

«Bu dəfə aksiya Əhəd Məmmədliyə həsr olunacaq. Onunla bağlı məlumatlar ingilis, fransız, rus və türk dillərində yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq. Sosial şəbəkə üzvləri də status yazmaqla gənclərə dəstək ola bilərlər».

Səxavət Soltanlı deyir ki, onlar təzyiqlərə məruz qalan vəkillər Xalid Bağırov, Osman KazımlıElçin Namazov üçün də belə bir aksiya təşkil edəcəklər.

İndiyə kimi Cabbar Savalanlı, Bəxtiyar HacıyevTural Abbaslı ilə bağlı virtual aksiya keçirilib.
XS
SM
MD
LG