Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:11

Suriyada kütləvi həbslər həyata keçirilir


Suriyanın təhlükəsizlik qüvvələri ölkənin mərkəzi rayonlarında kütləvi həbslər həyata keçirir. (AP)

Suriyalı hüquq müdafiəçilərinin verdiyi məlumata görə, Homs və Hama şəhərlərində tanklar və zirehli avtomobillərin müşayiəti ilə “təmizləmə əməliyyatı” keçirilir.

Təhlükəsizlik qüvvələri ev-ev gəzərək ictimai fəalları axtarırlar. Məlumata görə, axtarışda olanlardan ikisinin evi yandırılıb.

Suriyada kütləvi etirazlar 5 aydır ki davam edir. İndiyəcən 2000-dən artıq nümayişçi öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG