Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:05

İlham Əliyev ATƏT-in Bakı ofisinin yeni rəhbərini qəbul edib


ATƏT
ATƏT
Azərbaycan prezidenti İlham Əliyev avqustun 31-də ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul edib.

İlham Əliyev Koray Tarqayı ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Koray Tarqay təmsil etdiyi təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG