Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:02

Ramazan Fransaya 400 milyon avro qazandırıb


Ramazan ayında Fransada yaşayan müsəlmanların yemək xərcləri 400 milyon avroya yaxın olub. Yerli Ecofin tədqiqat mərkəzinin hesablamaları belə nəticə verib.

Mərkəz sübut edib ki, son bir ay ərzində müsəlmanların ərzaq məhsullarının miqdarı yerdə qalan aylara nisbətən ikiqat artıb. Ecofin qeyd edir, yalnız 2010-cu ildə Halal qida məhsullarının satış dövriyyəsi 5.5 milyard avro təşkil edib.

”Symphony IRI Insights” qrupunun apardığı araşdırma göstərib ki, halal qida alveri Fransa üzrə ümumi ərzaq məhsulları dövriyyəsinin 23 faizini təşkil edib və yerli iqtisadiyyata 140 milyon avro gəlir gətirib. Halal qidalar yalnız ət məhsulları ilə məhdudlaşmır. Bu kateqoriyaya dondurulmuş hazır yeməklər, uşaq yeməkləri və şirniyyat məhsulları da daxildir.

Fransalı müsəlmanlar Ramazanın son günü Eyfelin altındakı çəmənlikdə böyük iftar süfrəsi təşkil ediblər. “Anvar” Assosiasiyasının təşkil etdiyi bu toplantının məqsədi Fransa ictimaiyyəti ilə müsəlmanları barışdırmaqdan ibarət olub.

Əvvəlcə Paris polisi iftarın Eyfel yaxınlığında keçirilməsinə imkan vermək istəməyib. Amma qanun ictimai yerlərdə yemək yeməyi qadağan etmədiyindən, müsəlmanlar iftar təşkil ediblər. Süfrəyə müsəlmanlarla yanaşı, digər dinlərin nümayəndələrin, jurnalistlər dəvət olunub.

Qonaqlar gecə yarısına qədər Şərq mətbəxinə aid təamlardan dadıblar, şirniyyatlarla çay içiblər. Qərara alınıb ki, növbəti il Ramazanda yenə də "Champs de Mars" bağı yaxınlığında iftar verilsin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG