Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:43

Suriyada əsgərlərin reydi davam edir


Bu gecə Suriyanın Hama şəhərində əsgərlər tanklardan da istifadə etməklə iki rayonda reyd keçiriblər. Yerli hüquq müdafiəçilərinin məlumatına görə, atışma səsləri eşidilib. Bu arada, digər məlumatlara görə, pulemyotla dolu yük avtomobilləri və içərisində əsgərlər olan avtobuslar şəhərin şimal ucqarında toplaşıblar.

Bundan öncə, Suriya hökuməti elan etmişdi ki, hökumət əleyhinə nümayişləri yatırtmaqla bağlı on günlük əməliyyatdan sonra qoşunu Hama şəhərindən çıxarıblar.

Bu arada, ABŞ Suriya rejiminə qarşı sanksiyaları kəskinləşdirməkdə davam edir. Bashar Assadın əhalisinə qarşı repressiv davranışına son qoymağa nail olmaq üçün Barak Obama Suriyanın xarici işlər naziri və digər iki məmmurun ABŞ-dakı bank hesablarını dondurub.

«Amnesty International»ın məlumatına görə, son aylar Suriyada həbslərin və həbsxanalarda ölüm hallarının sayı xeyli dərəcədə artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG