Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14

Qaddafi tərəfdarları ultimatumu rədd ediblər


Sirt şəhərində yaşayan Muammar Qaddafiyə sadiq qüvvələr Liviya üsyançılarının ultimatumunu rədd ediblər.

Qaddafinin doğma şəhəri Sirt üzərində nəzarəti ələ keçirməyə çalışan üsyançılar Qaddafi tərəfdarlarına xəbərdarlıq etmişdilər ki, sentyabrın 3-dək silahı yerə qoyub təslim olsunlar. Əks halda hücuma keçəcəklərini deyirlər. Üsyançılar iddia edirlər ki, Qaddafinin yeri onlara məlumdur.

Qaddafinin nümayəndəsi Moussa Ibrahim «Associated Press»ə deyib ki, «silahlı dəstə»nin ultimatumu qəbul oluna bilməz.

Bu arada, üsyançılar Əlcəzairdən də tələb edirlər ki, Qaddafinin avqustun 29-da Əlcəzairə keçən həyat yoldaşı və üç uşağını geri qaytarsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG