Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:53

Qroznıda 3 partlayış olub, 8 nəfər ölüb


Çeçenstanın paytaxtı Qroznıda intiharçıların törətdiyi partlayışlar nəticəsində ölənlərin sayı səkkizə çatıb. Ölənlərin yeddisi polisdir. 22 nəfər yaralanıb, 5-nin vəziyyəti ağırdır.

İlkin ehtimala görə, Qroznıda partlayışı 3 intiharçı törədib. Birinci partlayış post-patrul xidmətinin əməkdaşları şübhəli görünən şəxsi sənədlərini yoxlamaq üçün saxlamaq istəyəndə baş verib. Hadisə yerinə polis və şəhər sakinləri toplaşandan sonra daha iki partlayış olub.
XS
SM
MD
LG