Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

Serz Sarkisian xarici ölkələrdəki səfirlərin Yerevan toplantısında bildirib ki, Qarabağın da Cənubi Sudan kimi müstəqil olacağı şübhəsizdir.

SUDAN NÜMUNƏSİNDƏN RUHLANIR

Ermənistanın prezidenti Serz Sarkisian hesab edir ki, bu il Cənubi Sudanın öz müstəqilliyinə nail olması müsbət nümunədir. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin də bu cür sonluqla bitməsi qaçılmazdır: “Baxmayaraq ki, hələlik Azərbaycanın mövqeyində hər hansı yumşalma haqqında danışa bilmərəm” – deyə Sarkisian əlavə edib.

ERMƏNİSTANIN GÜZƏŞTLƏRİNİN "QIRMIZI XƏTTİ"

S. Sarkisian Ermənistanın xarici ölkələrdəki səfirlərinin Yerevanda keçirilən illik toplantısında həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli istiqamətində cəhdlərini davam etdirəcəklər. Sarkisian deyir ki, onlar münaqişənin BMT-nin prinsipləri çərçivəsində həllinə çalışırlar, lakin əlavə edir ki, Yerevanın heç vaxt güzəşt etmədiyi məsələlər var.

AZƏRBAYCAN GÜC İŞLƏTSƏ

Serz Sarkisian Qarabağda yeni hərbi münaqişənin alovlanması ehtimalına toxunarkən deyir: “Azərbaycanın belə davranışı yolverilməzdir və bizim buna uyğun olan cavabımız var: yeni hərbi macəra axtarsan, Ermənistan düşməni sülhə məcbur etməkdən çəkinməyəcək.”

TÜRKİYƏ MƏSƏLƏSİ SEÇKİLƏRDƏN SONRA

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına dair Sarkisian bildirib ki, onların əksər dostları Yerevana Türkiyədə parlament seçkisinin nəticələrini gözləməyi məsləhət görüblər. Ona görə Ermənistan qarşıdakı aylarda Türkiyənin bu məsələyə münasibətinin dəyişməsini gözləmək niyyətindədir. Sarkisian həmçinin əlavə edib ki, son bir-iki ayda baş verənlər Ankaradan normallaşma ilə bağlı optimist bir nəticə gözləməyə də imkan vermir.

Azərbaycanla Ermənistan arasında 17 ildir atəşkəs olsa da tərəflər sülh sazişi imzalaya bilməyiblər. Azərbaycan BMT tərəfindən təsdiq edilmiş ərazilərinə təcavüz edildiyini, Dağlıq Qarabağ da daxil olmaqla ərazilərinin işğal edildiyini bildirir, uzun müddət vəziyyətin bu şəkildə davam edə bilməyəcəyini bəyan edir.

Yerevan isə israr edir ki, Dağlıq Qarabağda yaşayan ermənilər sadəcə öz dövlətlərini elan ediblər. Yerevan da orada yaşayan ermənilərin öz müqəddəratlarını təyinetmə hüququndan vaz keçməyəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG