Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:26

Qazaxıstanı idarə edən klanlar haqqında kitab


Nursultan Nazarbayev fermerlərlə görüşür, 27 iyul 2011

Nursultan Nazarbayev fermerlərlə görüşür, 27 iyul 2011

Yüzilliklər boyu Qazaxıstanda dövlət idarəçiliyi bir-biri ilə qan qohumluğu olan insanların birliyinə – klanlara əsaslanıb.

Vəziyyət bu gün də dəyişməyib. İndi Qazaxıstanda 3 böyük klan var – Ulu Jus (Böyük qəbilə), “Orta Jus” (Orta qəbilə) və Kişi Jus (Kiçik qəbilə).

Onların hər biri siyasətdə daha çox rol oynamağa can atır.

Bunu Kanadada Toronto Universitetinin Siyasi Elmlər fakültəsində çalışan alim Edward Schatz öz kitabında yazır.

O, 2004-cü ildə çap edilmiş “Müasir dövrdə klan siyasəti. Qazaxıstanda və başqa yerlərdə “qan qohumluğu”nun gücü” kitabının müəllifidir.

Kitabda iddia edilir ki, Nazarbayev rejimi qohumbazlığa - qan qohumluğuna əsaslanır. Kimlərinsə vəzifədə irəli çəkilməsi ilk növbədə onların hansısa klana mənsub olub-olmaması ilə bağlıdır.

Müəllif deyir ki, onunla razılaşmayanlar da az deyil, amma bu, əsasən kitabı oxymayanlar, kitabın adında “klan” sözünü görüb bunun yalnız mənfi mənada işlənməsi qənaətinə gələnlərdir.

Edward Schatz kitabı barədə Azadlıq Radiosunun qazax xidmətinə verdiyi müsahibədə deyir ki, Nazarbayev ölkədə müxtəlif klanların maraqlarını effektiv şəkildə uzlaşdıra bilib.
Edward Schatz

Bütün klanlara idarəçilikdə yer verilib

Düzdür, bu klanların daxilində bəzi vəzifələrdə başqa millətlərin təmsilçiləri, məsələn, uyğurlar, yaxud ruslar da təmil oluna bilərlər. Amma əsas kütlə bir-birilə qan qohumluğu olanlardır.

Amma müəllifi bildirir ki, Qazaxıstanda hökumət şəffaf olmadığı üçün klan üzvlərini kənardan baxan müşahidəçilər üçün görmək çətindir. Çünki bu, üst qatda çətin görünən prosesdir:

“Siz kiməsə deyə bilərsiz ki, o, filankəsin qardaşıdı, filan vəzifəyə də buna görə təyin edilib. Amma sizə deyə bilərlər ki, yox, onu filan vəzifəyə yaxşı mühəndis olduğu üçün təyin ediblər”. Kitab müəllifi deyir ki,

Hökumət şəffaf olsa, bu daha tez diqqəti cəlb edər

Edward Schatz bildirir ki, klanların siyasətə cəlb edilməsinin başqa mənfi tərəfləri də var. Məsələn, 1995-ci ildə Jambıl vilayətinin rəhbəri dəyişdiriləndə o, öz administrasiyasında işləyənlərin 80 faizini öz klanına məxsus şəxslərlə əvəzləmişdi.

Edward Schatz-ın fikrincə, klanların siyasətdə aparıcı rol oynamasını yalnız geridəqalmışlıq mənasında anlamaq da düzgün deyil. Çünki bundan cəmiyyətin xeyri üçün də istfadə etmək olar.

Məsələn, Keniyada buna “harambee” deyilir. Mərkəzi hökumət müxtəıif infrastruktur layihələrinin reallaşdırılmasında klanların gücündən istifadə edir, insanları səfərbər edib yol tikintisinə və s. işlərə cəlb etmək üçün yararlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG