Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:05
Aralarında Nobel mükafatlı yazar Orxan Pamukun da olduğu bir qrup türkiyəli ziyalı hökumət başda olmaqla Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalara müraciət edərək onları Ramazan bayramında dialoqa çağırıb.

Onlar müraciətdə Ramazan bayramı öncəsi “ard-arda gələn şəhid xəbərləri və həyata keçirilən hərbi əməliyyatlarla gərginləşən vəziyyət”ə diqqət çəkirlər.

Açıqlamada deyilir:

“Savaşmakla, çatışmakla, bastırmakla, sindirmekle, yok etmekle olmaz, barışmakla olur! Otuz yıldır on binlerce can alan, yüz binlerce can yakan, milyonlarca insanı derinden yaralayan bir çatışmanın yeniden başlaması kabul edilemez.

Çareyi savaşmakta, çatışmakta değil, barışmakta gören bizler, TBMM’de grubu olan partileri, Meclis’in açılmasını beklemeden biraraya gelmeye çağırıyoruz.

Ortak aklı oluşturacak, sürekli bir diyalog ortamı hazırlayacak adımları atmaya davet ediyoruz. BDP’nin bu sürece katılmasının kritik önemde olacağını düşünüyoruz. Bu Bayram’ın barış umudunun gerçekleşmesine vesile olmasını diliyoruz.”

Müraciətə Pamukla yanaşı İshak Alaton, Prof.Dr. Halet Çambel, Rakel Dink, Prof.Dr. Şerif Mardin, Prof.Dr. Turgut Tarhanlı, Prof.Dr. Nermin Abadan Unat da imza atıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG