Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:57

Suriyada Ramazan bayramına da məhəl qoyulmur


Suriyada müsəlmanların müqəddəs hesab etdikləri Ramazan bayramının qeyd olunmasına baxmayaraq, hökumət əleyninə olanlara qarşı hərbi əməliyyatlar davam edir.

Suriyadan olan hüquq müdafiəçilərinin məlumatına görə, hərbçilər bu gün – avqustun 30-da Dera, Homs şəhərlərinə və paytaxt Dəməşqin ətraf qəsəbələrinə atəş açıblar. Azı 7 nəfər ölüb.

BMT-nin məlumatına görə, yarım il ərzində Suriyada kütləvi iğtişaşlarda 2200-ə yaxın adam ölüb, minlərlə insan isə həbs edilib və işgəncələrə məruz qalıb.
XS
SM
MD
LG