Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:52

«Eurovision» rəhbərliyi Bakıya gəlir


«Eurovision» mahnı müsabiqəsinin rəhbərliyi - Araşdırma Qrupu bu həftə - avqustun 31-I və sentyabrın 1-i ilk dəfə olaraq Bakıda görüşlər keçirəcəklər. İki günlük səfər çərçivəsində qrup üzvləri İctimai Televiziya rəhbərliyi ilə gələn ilin may ayında keçiriləcək müsabiqəyə hazırlıqla bağlı müzakirələr aparacaqlar.

Bu görüşdə əsas məqsədlərdən biri həm də Avropa Yayım İttifaqının Azərbaycandan tələb etdiyi zəmanət sənədlərinin mahiyyətini çatdırmaqdır.

Zəmanət sənədlərində Azərbaycanın xarici qonaqlara viza vermək öhdəliyi, Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq mahnı müsabiqəsinə gələcək heyətlərin, mətbuat və azarkeşlərin ifadə və söz azadlığını təmin etmək və digər bu kimi məsələlər daxildir.

«Eurovision 2012» mahnı müsabiqəsi gələn il may ayının 26-da keçiriləcək, iki yarımfinal konsertləri isə mayın 22-i və 24-də olacaq. 40 ölkədən nümayəndənin müsabiqəyə qatılacağı gözlənilir. Artıq bəzi ölkələrdə müsabiqəyə gözdəriləcək namizədlərin seçiminə başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG