Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:03

BMT xəbərdarlıq edir: "Quş qripi yenidən yayıla bilər"


BMT xəbərdarlıq edir ki, quş qripi yenidən canlana bilər və vaksinləri adlayıb keçən mutant Asiyada yayıla bilər.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirir ki, mutant virus Vyetnamda və Çində peyda olub və bunun insana təsiri məlum deyil.

Bu il Tailandda, Malayziyada və Kambocada 8 adam quş qripinə tutulub və ölüb.

BMT bildirir ki, 2003-cü ildə quş qripi 331 adam öldürüb.
2006-cı ildə xəstəliyin piki qeydə alınandan sonra 63 ölkədə virusun kökü kəsildi. Ancaq Banqladeş, Çin, Misir, Hindistan, İndoneziya, Vyetnam kimi ölkələrdə virus qalmaqdadır.
2008-ci ildən quş qripi yenidən artmaqdadır. Bunu da quşların miqrasiyası ilə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG