Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:52

Yenə sentyabr, yenə məktəb qayğıları


«Onu al, bunu al. 2 uşağa 500 manat çıxır».
«Onu al, bunu al. 2 uşağa 500 manat çıxır».
«Qələm, pozan, dəftər almışıq»

Aycan anası və nənəsi ilə birlikdə məktəb bazarlığına çıxıb, bir neçə gün sonra 3-cü sinfə getməyə hazırlaşır. «28 may» metrostansiyası yaxınlığındakı yeraltı keçiddə gah o başa gedib rəngbərəng çantalara baxır, gah da anasının yanına gəlib onun üçün nə aldığına göz qoyur.

«UŞAQ OXUTDURMAQ HƏR VALİDEYNİN İŞİ DEYİL»

Aycanın anası isə deyəsən, lap başını itirib. Çünki iş Aycanın istəkləri ilə bitmir, yanında 1-ci sinfə hazırlaşan Nurcan da var. Bazarlığı maliyyələşdirən isə nənədir – Rəqiyyə Abdulxalıqova:

«Onu al, bunu al. 2 uşağa 500 manat çıxır».

Rəqiyyə Abdulxalıqova deyir ki, bir ailədən olan 2 uşağa məktəb bazarlığı etmək təkcə valideynlərin öhdəsinə qalanda çətinlik yaranır. Ona görə də nəvələri üçün o da əlini cibinə salmalı olub. Deyir bugünkü qazanc, dolanışıqla uşaq oxutdurmaq da hər valideynin işi deyil. Rəqiyyə xanımın dediyinə görə, şəhərin mərkəzindəki mağazaları gəzə-gəzə gəlib bura – «28 may» metrostansiyası yaxınlığına çıxıb:

«Mərkəzlərdə lap bahadır. Getdik gördük bahadır, gəldik bura. Əməlli fərq var, bura ucuzdur».

BOL ÇEŞİD, FƏRQLİ QİYMƏT

Valideynlərin cibini nəzərə alıb müxtəlif çeşiddə mal satırlar
Qiymətlərlə biz də maraqlanırıq. 48 vərəqli dəftər 40-50 qəpik, rəngli karandaş 2 manatdan 12 manatadək, qələm 10 qəpikdən 2 manatadək, pozan 20-80 qəpik arası, albom 50 qəpikdən 1 manat 50 qəpiyədək və s. Çeşid-çeşid mallar var. Çantalarda da seçim imkanı var – 6 manatdan tutmuş 35 manatadək – hansı cibinə uyğundursa, ala bilərsən.

1-ci sinfə hazırlaşan Aydan üçün çanta almağa isə xalaları gəlib. Xuraman Həziyeva deyir ki, valideynləri işləmədiyinə görə Aydanın məktəb bazarlığını xalaları öz üzərinə götürüb. Amma əməkhaqqı 300 manat olan Xuraman xanım deyir ki, məktəb ləvazimatlarını almağa bir neçə ay əvvəldən başlayıb, çünki hər şeyi bir dəfəyə almaq üçün gərək bir ay ac-susuz qalasan:

«Biz hissə-hissə almışıq. Təxminən 300 manat xərcləmişik. Bu gün də 50 manat götürmüşük ki, xərcləyək, nə qalsa, gələn maaşda alacayıq. Çalışırıq ki, sentyabrın 15-dək hər şeyi alıb qoyaq. Hamısını birdən ala bilmirik».

KASIBSANSA, YERLİ MAL AL

Məktəb ləvazimatları satan Zaur Ələsgərov isə deyir ki, valideynlərin cibini nəzərə alıb müxtəlif çeşiddə mal satırlar. Bir sözlə, pulun azdırsa, nisbətən ucuz yerli mal al, yox, pulun çatırsa, Rusiya, Türkiyə istehsalı olanlara əl uzat:

«Valideynlər ciblərinə baxır, hərə özünə uyğununu alır. Bizdə yerli mal da var, Rusiya malı da. Məsələn, sadə dəftərlər var, topdan 6 qəpikdir, Rusiya dəftərləri isə 20 qəpikdir. Orta hesabla götürəndə, bir uşağa xırdavat almağa 50 manat lazımdır. Amma bu məbləğ 70-80 manat da ola
Çantalarda da seçim imkanı var – 6 manatdan tutmuş 35 manatadək
bilər».

QİYMƏTLƏR ENİB

Zaur Ələsgərov deyir ki, builki qiymətlərlə ötən ilki qiymətlər arasında elə də ciddi fərq yoxdur, əksinə, bir neçə malda az da olsa ucuzlaşma var. Məsələn, bu il rəngli karandaşlarda 20-30 qəpik, dəftərlərdə isə 2-3 qəpik qiymət aşağı düşüb.

Zaur Ələsgərov da deyir ki, 30-55 manat arası məktəbli formasını da nəzərə alsaq, bir məktəblinin bazarlığı üçün 200-300 manat pul lazımdır. Alış-verişə gələn ailələrlə söhbətdən isə məlum olur ki, bu, bəziləri üçün kifayət qədər böyük məbləğdir, demək olar ki, aylıq gəlirlərinə bərabərdir.

BAZARLARDA MONİTORİNQ

Cavabdeh rəsmi qurumlar isə bazarlarda monitorinqə başlayıblar ki, yeni dərs ilinin yaxınlaşması ilə əlaqədar süni qiymət artımının qarşısını alsınlar. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ötən həftədən həm Bakıda, həm də regionlarda yoxlamalar aparır. Süni qiymət artımı ilə rastlaşan valideynlər də şikayətlərini bu quruma - 498-15-01, 498-15-04 telefon nömrələrinə zəng etməklə bildirə bilərlər.
XS
SM
MD
LG