Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:55

Suriyada Rastan şəhəri mühasirəyə alınır


Suriyada təhlükəsizlik qüvvələri Rastan şəhərinin ətrafına yerləşdirilir.
Siyasi fəalların dediyinə görə, atəş səsləri gəlir. Adamlar evlərini tərk edirlər.
Yerli sakinlər şəhərə hücumdan qorxurlar.

Rastan prezident Bəşər əl Əsədə qarşı ən kəskin etirazların meydanına çevrilmişdi.
Suriyada martda rejim əleyhinə nümayişlər başlanandan 2200 adam öldürülüb.

ABŞ və Avropa liderləri Bəşər əl Əsədi hakimiyyətdən getməyə çağırırlar.
Türkiyənin baş naziri Ərdoğan isə deyib ki, Əsəd getməsə onu Tunis, Misir, Liviya liderlərinin aqibəti gözləyir.
XS
SM
MD
LG