Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:23

Çingiz Abdullayevin daha iki romanı - Azərbaycan dilində


“Qanun” və "Əli&Nino" nəşriyyatları tanınmış detektiv yazarı Çingiz Abdullayevin daha iki romanını Azərbaycan dilində çap ediblər.

1. “Bakı bulvarı” romanı (tərc: Mahir N.Qarayev)

...Fəridə Vəliyeva artıq bir neçə ildir ki, “Britiş Petroleum” şirkətinin Bakı filialının mətbuat xidmətinin rəhbəridir.

Vəzifə borcu ilə əlaqədar o, şirkətin Bakıya gəlmiş nümayəndəsi Ömər Xalidlə görüşür. Fəridəylə Ömər arasında yaxın münasibətlər yaranır və şam yeməyindən sonra onlar qonağın nömrəsində coşqun bir gecə keçirirlər.

Gecəyarısı Fəridə Vəliyeva oteli tərk edib evə qayıdır, sübhçağı isə öyrənir ki, Öməri öz nömrəsində qətlə yetiriblər.

Qısa müddətdən sonra qatillər Fəridənin ovuna çıxırlar və nəyin bahasına olursa olsun, onu tapıb öldürməyə çalışırlar.

Fəridə qatillərdən möcüzə nəticəsində qaçıb gizlənə bilir, ancaq bu vaxt ən yaxın rəfiqəsi Alinanı itirir.

Qəzəblənmiş Fəridə qatillərin axtarışına özü girişir və bilmək istəyir ki, görsün onların arxasında kim dayanıb…

2. “Ölümü özün seç” romanı (tərcümə: Natiq Səfərov)

…Onlar cəmi yeddi nəfərdir – peşəkar qatillər! On illər boyu dünyanı lərzəyə salmış sovet təhlükəsizlik xidmətinin sifarişlərini icra ediblər. Böyük və sarsılmaz SSRİ adından öldürüblər.

Öz yaxın adam­la­rına qarşı bəzən “humanist” olurlar: ölməlisən, am­ma necə öləcəyini özün seç. Lap qədim Roma imperatorları kimi.

İndi o sarsılmaz dövlət yoxdur, onun xarabalıqları üzərində “siyasətlə mafiyanın qa­rdaşlığı” ideolojisinə söykənən vəhşi kapitalizm və hərc-mərclik cəmiyyəti qurulub.

Belə cəmiyyətlərdə isə peşəkar qatillərə diktatura rejimlərində ol­duğundan daha çox ehtiyac yaranır. Və qatillər yenə iş başındadırlar.

Tanınmış detektiv yazıçı Çin­giz Abdullayevin maraqlı və kəskin süjet xəttinə malik “Ölümü özün seç” romanında siz onların yeni siyasi şəraitdəki fəaliyyətlərilə tanış olacaqsınız.

Yalnız detektiv Dronqo və müstəntiq Kolçinin şəx­si fədakarlığı çoxsaylı cinayətlərin açılmasına və bu cinayətlərin arxasında duran böyük güclərin ifşası­na səbəb olur…

Həmçinin oxu
Çingiz Abdullayev kitablarının çap hüququnu "Qanun" və "Əli və Nino"ya verdi

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG