Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:09
Nobel mükafatlı türk yazarı Orxan Pamukun "Qara kitab" romanı monqol dilinə də çevrilməkdədir.

Bu haqda yazıçının romanlarını Türkiyədə çap edən "İletişim Yayınları" nəşriyyatı avqustun 26-da məlumat yayıb.

Nəşriyyat xüsusi açıqlamaya ona görə ehtiyac duyub ki, Pamukun romanlarının artıq 60-cı xarici dilə çevrildiyini vurğulasın.

İndiyəcən yazıçının əsərləri dünyanın əksər böyük dillərinə, o cümlədən ingilis, fransız, ispan, alman dillərinə tərcümə edilib.

Pamukun xarici dildə ilk nəşri 1991-ci ilə təsadüf edir. O zaman Fransada yazıçının "Səssiz ev" romanı fransızca dərc edilmiş, rəğbətlə qarşılanmış və hətta Fransanın nüfuzlu ədəbi mükafatlarından olan "Prix de la découverte Européene" ödülünə layiq görülmüşdü.

Monqol dilində çap ediləcək "Qara kitab" postmodernist əsərdir və yoxa çıxan arvadının axtarışına çıxan istanbullu vəkil Qalibin hekayətini anladır.

"İletişim yayınları" xatırladır ki, 59 yaşlı Pamukun romanları indiyəcən dünyada 11 milyon tirajla satılıb.

Pamukun bir neçə romanı, o cümlədən "Qar", "Bəyaz qala", "Yeni həyat" Azərbaycan dilinə də çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG