Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:28

Musa Əfəndi. Bir arzu


Bir gün yuxudan durub görəcəm ki,
Bütün gecə dua etdiyim arzum yerinə yetib.
Allah dağıdıb bir toxunuşla cəhənnəmi
Bütün insanlar sorğusuz cənnətə gedib.

Və bunun mənim arzum olduğunu biləcəklər,
Bir kağız götürəcəklər
Deistlər
Ateistlər
Müsəlmanlar
Xristianlar
Daşı qucaqlamış buddistlər
- Hamı
Bir kiçik xoş söz yazacaqlar kağıza…

Həmin kağızdan gəmi düzəldib,
gedəcəm uzaqlara…

Günün bütün mövzuları

XS
SM
MD
LG