Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:22

Yaraqlılar NATO-nun bazasına hücum edib


Bir qrup yaraqlı bazar günü NATO-nun Əfqanıstanın cənubundakı hərbi bazasına soxulmağa cəhd göstərib.

Polisin məlumatına görə, hücum Kalat şəhərində baş verib.

İntiharçı öncə özünü bazanın qapısı ağzında partladıb və bundan sonra 3 yaraqlı bazanı atəşə tutmağa başlayıb.

Hücum edənlərdən biri öldürülüb, biri ələ keçirilib, biri isə aradan çıxıb.

Hücum nəticəsində qadın və uşaq da daxil olmaqla 3 dinc sakin yaralanıb.

Bundan əvvəl Əfqanıstanın cənubunda 2 NATO əsgərinin öldüyü xəbər verilmişdi.

Amma NATO komandanlığı hələlik bu məlumata münasibət bildirməyib.
XS
SM
MD
LG