Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:30

Pervez Musharrafın əmlakı müsadirə edilib,hesabları dondurulub


Pakistan məhkəməsi keçmiş prezident Pervez Musharrafın əmlakını müsadirə edib, bank hesablarını dondurub.

Pervez Musharraf 2007-ci ilin dekabrında keçmiş baş nazir Benazir Bhuttonun qətlində əli olmaqda ittiham olunur.

Keçmiş prezidentin İslamabadakı evi və bir neçə torpaq sahəsi müsadirə edilib.

Onun bank hesablarında isə milyona yaxın dollar var.

Məhkəmə bu ilin fevralında Pervez Musharrafın həbsinə order verib.

Benazir Bhuttonun qətliylə bağlı məhkəmə qapalı keçirilir.

Bu işdə 5 islamçı yaraqlı və 2 polis zabiti də ittiham olunur.

Musharraf ittihamı rədd edir.
XS
SM
MD
LG