Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Əkbər Qoşalı. Dağlara yağış yağacaq


Buludları saçaq atdı dənizə,


bu axşam dağlara yağış yağacaq.


Nə dua eyləsən, yetər mənzilə,


Tanrı qapılarnı geniş açacaq.




Bu axşam, bu axşam yağış yağacaq,


insanlar qaçacaq öylərə doğru.


Bir dəli köksünü geniş açacaq,


qaçacaq əlləri göylərə doğru.




Köç axar, köç axar öylərə sarı,


vəhşilik, gözəllik qalar dağlara.


Gedən də Tanrı der, gələn də Tanrı,


bir dəli yolunu salar dağlara.




Bu axşam Talışa yağış yağacaq,


buludlar, buludlar yatıb dənizə.


Tanrı qapılarnı geniş açacaq,


murazam, murazım bir ağ bənizə...

Günün bütün mövzuları

XS
SM
MD
LG