Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:19

Musa Yaqub. Ümidin sarı qanadı


Qıpqırmızı yarpaqlarım ot üstə,
Elə bil ki payız otum qan ağlar
Gücüm yetmir meyvəsini dərməyə
Əlim sızlar, cismimdəki can ağlar

Bu ağacın beli çapıq-çapıqdı,
Dal budağın yarpaqları yapıqdı.
Cır arının şanı quru qabıqdı,
Boş yuvada lələk ağlar, şan ağlar.

Keçən günüm, solub gedən gülümsən,
Günbatanda bir də mənə gülümsə.
Sarı gəlin qürubda da gülümsər,
Mənim ömür qürubumda dan ağlar.

Yay, 2010 Buynuz

Günün bütün mövzuları

XS
SM
MD
LG