Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:03

«Ayrin» özündən sonra böyük dağıntılar qoyub, 20-dən artıq insan ölüb


«Ayrin» qasırğadan tropik fırtına səviyyəsinə düşüb
«Ayrin» qasırğadan tropik fırtına səviyyəsinə düşüb
«Ayrin» (Irene) qasırğası zəifləyə bilər. Amma onun vurduğu ziyan hələ də qalmaqdadır.

ABŞ prezidenti Barak Obama (Barack Obama) xalqa müraciətində belə deyib.

Obama qasırğaya görə məzuniyyətini yarıda kəsməli olub. Prezident deyib:

«Fırtına zəifləsə də, o, şimala doğru hərəkət edir, təhlükə qalmaqdadır, leysan yağışlar yağmaqdadır. Bir çox amerikalılar hələ də risk altındadırlar. Elektrik enerjisi kəsilib və yeni sel gələ bilər, çünki yaxın günlərdə çayların daşması gözlənir».

«Ayrin» özündən sonra böyük dağıntılar qoyub, 20-dən artıq insan ölüb.

«Ayrin» qasırğadan tropik fırtına səviyyəsinə düşüb. Küləyin sürəti saatda 80 kilometrdir, o, Kanadaya doğru hərəkət edir.

***
Fırtına zəifləsə də, o, şimala doğru hərəkət edir
Nyu-Yorka çatan Ayrin (İrene) qasırğası səngisə də təhlükəli olaraq qalır. Nyu-Cersiyədə qasırğanın sürəti saatda 120 km-ə düşüb.

Şimali Karolina və Virciniya ştatlarında azından 8 adamın öldüyü bildirilir, binalara zərər dəyib, yollar keçilməz vəziyyətə düşüb.

Nyu-Yorkda ictimai nəqliyyat işləmir, 9 mindən artıq təyyarə resi və əyləncə tədbirləri təxirə salınıb.

Şəhər meri Maykl Blumberqin ( Michael Bloomberg) artıq evakuasiya vaxtının ötdüyünü bəyan edib:

"Biz buna hazırlaşırdıq, çox ciddi çalışdıq. Biz əhaliyə xəbərdarlıq etdik və indi yalnız gözləmək lazımdır ki, təbiətin anası biznən necə davranacaq.
İndi sizin təhlükəsizliyiniz yalnız özünüzdən aslıdır. Nyu-York sakinləri evdən çıxmayın".

Bundan əvvəl qasırğa ABŞ-ın şərq sahillərində heç vaxt bu sayda əhalini təhlükə altında qoymayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG