Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:18

Son gün ərzində Türkiyədə 4 əsgər öldürülüb


Son gün ərzində kürd yaraqlılarının 2 hücumu nəticəsində 4 Türkiyə əsgəri həlak olub.

İraq-İran sərhəddinin yaxınlığında yerləşən Şemdinli şəhərində yolda törədilmiş partlayışda 3 əsgər həlak olub, 3 nəfərsə yaralanıb.

Şənbə günü gecə yaraqlıların Suriya sərhəddinin yaxınlığındakı Midyat şəhərində təhlükəsizlik məntəqəsini atəşə tutuması nəticəsində isə 1 əsgər həlak olub, 3-ü isə yaralanıb.

Bazar günü isə yaraqlılar Yüksekoba şəhərində bomba quraşdırmaq istəyərkən partlayış baş verib və nəticədə Kürdüstan İşçi Partiyasının 3 üzvü ölüb.

Terrorçu təşkilat hesab olunan bu partiyanın 1984-cü ildən Türkiyə hakimiyyətinə qarşı apardığı silahlı mübarizədə təxminən 45 min adam ölüb.
XS
SM
MD
LG