Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:06

Suriyada bir qrup hərbçi nümayişçilərin tərəfinə keçib


Suriyanın paytaxtı Dəməşqin ətraf qəsəbələrində bazar gününə keçən gecə təhlükəsizlik qüvvələri ilə nümayişçilərin tərəfinə keçən bir qrup hərbçi arasında toqquşma olub.

Bu barədə Reuters agentliyi yerli sakinlərə istinadla xəbər verir.

Onların sözlərinə görə camaata atəş açmaqdan imtina edən hərbçilər ağacların arxasına keçərək hökumət qoşunlarına atəş açmağa başlayıblar.

Adətən Suriya hakimiyyəti hərbçilərin nümayişçilərin tərəfinə keçməsiylə bağlı xəbərləri təkzib edir.

Ərəb Dövlətləri Liqası Suriya hakimiyyətini öz xalqına qarşı zorakılığı dayandırmağa çağırıb.

Liqanın baş katibi Nabil al Arabi vasitəçi kimi Dəməşqə getmək fikrindədir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT-nin məlumatına görə, bu müddət ərzində ölkədə 2 mindən çox adam öldürülüb.
XS
SM
MD
LG