Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

Tripoli hümanitar böhranla üzləşir


Avqustun 23-də müxalifət Tripolinin alınmasını bayram edir

Avqustun 23-də müxalifət Tripolinin alınmasını bayram edir

Liviya üsyançıları Muammar Qaddafinin doğma şəhəri Sirtə hücuma hazırlaşırlar.

Bu şəhər paytaxt Tripoliylə Benqazi şəhərinin arasında, Aralıq dənizinin sahilində yerləşir.

Müxalifət qüvələri bildiriblər ki, əgər Qaddafi tərəfdarlarıyla danışıqlar baş tutmasa, hücuma keçəcəklər.

Muammar Qaddafinin nümayəndəsi isə polkovnikin üsyançılarla danışıqlara hazır olduğunu deyib.

Amma ötəri milli şura hələlik bu təklifə münasibət bildirməyib.

Paytaxt Tripoli hümanitar böhran təhlükəsiylə üzləşib.

Şəhərdə ərzaq, su və dəva-dərman qıtlığı yaranıb.

Eyni zamanda Tripolidən zibil daşınmır.

Yeni hakimiyyət vəziyyətin yoluna qoyulacağını vəd edib.

Ərəb Dövlətləri Liqası bu ərəfədə əhalinin hümanitar eytiyaclarını həll etmək üçün
BMT-ni Liviyanın dondurulmuş aktivlərini açmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG